• Bakı C

    6.84 m/s

  • USD - 1.7

    EUR - 1.8382

    RUB - 0.0186

FİA “Formula 1” yarışında mövsümün manevrini  AÇIQLAYIB

İDMAN

09 Dekabr 2023 | 12:21

FİA “Formula 1” yarışında mövsümün manevrini  AÇIQLAYIB

Beynəlxalq Avtomobil Federasiyası (FIA) “Formula 1” üzrə dünya çempionatında 2023-cü il mövsümünün manevrini açıqlayıb.

Bakııvaxtı.az xəbər verir ki, qurum Braziliya Qran-prisinin son dövrəsində “Aston Martin” komandasının pilotu Fernando Alonso ilə “Red Bull”un sürücüsü Serxio Peres arasında yarış ilin manevri seçilib.

San-Pauloda baş tutan mərhələ zamanı trasın son döngələrinin birində Alonso Peresi geridə qoyub. Meksikalı mövqeyini qaytarmağa çalışsa da, yekunda ispaniyalı rəqibini 0,053 saniyə qabaqlayıb. Nəticədə həmin Qran-pridə Fernando Alonso 3-cü, Serxio Peres isə 4-cü yeri tutub.

Qeyd edək ki, Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Baş Assambleyasının yekun iclası və mükafatlandırma mərasimi Bakıda təşkil olunub. “Formula 1”də 2023 mövsümünün qalibi adına isə “Red Bull”un pilotu Maks Ferstappen yiyələnib.


SON XƏBƏRLƏR

01 Mart 2024