• Bakı 16° C

    13.4 m/s

  • USD - 1.7

    EUR - 1.8451

    RUB - 0.0174

 Azərbaycan millisi dünya çempionatında birinci yeri tutub

İDMAN

08 Dekabr 2023 | 14:48

 Azərbaycan millisi dünya çempionatında birinci yeri tutub

Güc idman növləri üzrə Azərbaycan millisinin idmançıları Rusiyanın paytaxtı Moskvada keçirilən dünya çempionatında komanda hesabında birinci yeri tutub.

Bakıvaxtı.az xəbər verir ki, WPC/AWPC/WPSO versiyaları üzrə yarışda Azərbaycanı 4 idmançı təmsil edib.

Dünya və Avropa çempionu, Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş builki Respublika çempionatının qalibi Tural Orucov (100 kq) 3 fərqli növ üzrə 2 qızıl, 1 bürünc, Camal Əhmədzadə (110 kq) kəmər və qızıl medal qazanıblar. Sadiq Musayev (82 kq) 2 fərqli növdə çıxış edib, birinci və üçüncü yeri tutub.

Qeyd edək ki, dünya çempionatı 8 ölkənin ümumilikdə 400 idmançısı arasında keçirilib.


SON XƏBƏRLƏR

17 Oktyabr 2024