• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Neftçi” yoxlama oyununda Türkiyə klubuna uduzdu

İDMAN

06 Yanvar 2024 | 20:28

“Neftçi” yoxlama oyununda Türkiyə klubuna uduzdu

Türkiyənin Antalya şəhərinin Bələk bölgəsində təlim-məşq toplanışında olan “Neftçi” klubu ilk yoxlama oyununu keçirib.

Bakıvaxtı.az xəbər verir ki, Miodraq Bojoviçin rəhbərlik etdiyi komanda “Ərzurumspor” ilə qarşılaşıb.

Matç Türkiyənin I Liqa təmsilçisinin 3:1 hesablı qələbəsi ilə bitib. “Neftçi”nin heyətində 10-cu dəqiqədə Rəhman Hacıyev fərqlənib.

“Ağ-qaralar" yanvarın 14-dək davam edəcək toplanış çərçivəsində daha bir oyun keçirəcək. Yanvarın 13-nə nəzərdə tutulan sınaq matçındakı rəqib hələ müəyyənləşməyib.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR