• Bakı 12° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Real Madrid” son dəqiqələrdə qələbəni əldən verdi

 

İDMAN

05 Fevral 2024 | 08:57

“Real Madrid” son dəqiqələrdə qələbəni əldən verdi

İspaniya La Liqasının XXIII turunda Madridin "Real" və "Atletico" komandaları arasında qarşılaşma başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, komandalar Madriddəki "Santyaqo Bernabeu" stadionunda qarşılaşıblar.

Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayıb və 1:1 hesabı ilə başa çatıb.

Birinci hissənin 20-ci dəqiqəsində Brahim Dias hesabı açaraq, "Real"ı önə çıxarıb. Matçın sonlarında, 90+3-cü dəqiqədə Markos Llorente hesabı bərabərləşdirib.

Bu matçın nəticəsindən sonra "Real" 58 xal toplayıb və turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. "Atletico" La Liqada eyni sayda oyundan sonra 48 xal toplayıb və dördüncü yerdədir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR