• Bakı 6° C

    0.62 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

“Qarabağ”ın rəqibi qələbə QAZANDI

İDMAN

05 Fevral 2024 | 09:28

“Qarabağ”ın rəqibi qələbə QAZANDI

“Qarabağ”ın video-analitik məşqçisi Yanuş Vasilyevin tribunadan izlədiyi oyunda Ağdam təmsilçisinin UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa” Portuqaliya çempionatında qələbə qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, adıçəkilən komanda XX turda öz meydanında “Moreyrense”ni üstələyib.

Abel Ruizin 8-ci dəqiqədə vurduğu yeganə qol “Braqa”ya 1:0 hesablı qələbə qazandırıb. Turnir cədvəlinin 4-cü pilləsində qərarlaşan Artur Jorjenin kollektivi bu nəticə sayəsində xallarının sayını 40-a çatdırıb.

Qeyd edək ki, “Qarabağ” “Braqa” ilə ilk oyununu fevralın 15-də səfərdə, cavab görüşünü isə 22-də evdə keçirəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026