• Bakı 7° C

    0.56 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

"Çelsi"nin qapıçısı "Real Madrid"də

İDMAN

13 Avqust 2023 | 00:11

"Çelsi"nin qapıçısı "Real Madrid"də

İspaniyanın "Real Madrid" klubu "Çelsi"nin qapıçısı Kepa Arizabalaqanı bir mövsümlük heyətinə qatıb.

Bakıvaxtı.az xəbər verir ki, Kepa artıq "Çelsi"dəki tərəfdaşları ilə vidalaşıb.

O, 2018-ci ildən "Çelsi"nin oyunçusudur. Ötən mövsüm qapıçı 39 oyunda iştirak edib. Kepanın transferi 18 milyon avro qiymətləndirilir. Onun London klubu ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Xatırladaq ki, "Real Madrid" zədələnən və mövsüm bitməmiş komandadan ayrılan əsas qapıçısı Tibo Kurtuanı itirib. "Real Madrid" təcili olaraq belçikalı qapıçıya əvəzləyici axtarmağa başlayıb. Kral klubunun əsas qapıçısı isə ukraynalı Andrey Lunindir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026