• Bakı 18° C

    0.57 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

AFFA İrəvandakı təxribatla bağlı UEFA-ya müraciət edəcək

İDMAN

11 Sentyabr 2023 | 22:30

AFFA İrəvandakı təxribatla bağlı UEFA-ya müraciət edəcək

Futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İrəvanda keçirilən Ermənistan-Xorvatiya matçında meydan sahibləri təxribata əl atıb. Belə ki, matçın ilk hissəsinin sonlarına doğru meydanda dronla Qarabağdakı qondarma rejimin “bayrağı” uçurdulub.

Bakıvaxtı.az xəbər verir ki, İrəvandakı təxribatla bağlı AFFA UEFA-ya müraciət edəcək.

Bu barədə qurumun mətbuat katibi Elnur Məmmədli bildirib:

“Ermənilər indi də AÇ-2024-ün seçmə mərhələsinin İrəvanda keçirilən Ermənistan - Xorvatiya oyununda təxribata əl atıblar. Bu dəfə dronla qondarma rejimin  "bayrağı"nı qaldırıblar. Bu  qəbuledilməz hadisə ilə bağlı AFFA UEFA-ya müraciət edəcək”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR