• Bakı 12° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Boksçularımız MDB Oyunlarında 10 medal qazandı

İDMAN

13 Avqust 2023 | 09:43 | Müəllif: Subhan Mahmudov

Boksçularımız MDB Oyunlarında 10 medal qazandı

Belarusda keçirilən II MDB Oyunlarında boks yarışlarına yekun vurulub.

Federasiyadan Bakıvaxtı.az-a verilən məlumata görə, Azərbaycan millisi turniri 10 medalla başa vurub.Komandamızın heyətində Aynur Mikayılova (54 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Ziya Həsənov (71 kq) və Fərhad Şeydayev (75 kq) gümüş mükafata sahib olublar.

Digər boksçularımızdan Ömər Aslanlı (54 kq), Aslan Quliyev (63,5 kq), Lalə Mədətova (48 kq), Aysu İsmayılova (50 kq), Nərmin Əlizadə (52 kq) və Qızbəs İsgəndər (60 kq) isə Oyunları bürünc medalla bitiriblər.

Yığmamız bu nəticə ilə komanda hesabında 5-ci yeri tutub.

Qeyd edək ki, boksçularımız Bakıya avqustun 14-də qayıdacaqlar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026