Cənubi Koreyalı futbolçu Son Hın Min "Tottenhem"in yeni kapitanı təyin olunub.
Bakıvaxtı.az xarici KİV-ə istinadla xəbər verir ki, qapıçı Uqo Lloris London klubundan tezliklə gedəcəyi üçün, eyni zamanda Harri Keynin "Bavariya"ya keçidi açıqlandıqdan sonra bu qərar verilib.
Baş məşqçi Ange Postekoqlu kapitan sarğısını cənubi koreyalı oyunçunun taxmasını istəyib.
















