• Bakı 23° C

    2.17 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Azərbaycanlı hakim beynəlxalq oyuna təyinat aldı

İDMAN

10 Sentyabr 2023 | 14:21 | Müəllif: Subhan Mahmudov

Azərbaycanlı hakim beynəlxalq oyuna təyinat aldı

Elçin Məsiyev AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində sentyabrın 12-də Sionda keçiriləcək İsveçrə – Andorra qarşılaşmasının baş hakimi olacaq.

Bu barədə Bakıvaxtı.az-a AFFA-dan bildirilib.

Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək. Dördüncü hakim Kamal Umudlu olacaq. Oyunun VAR hakimi Mete Kalkavan, AVAR funksiyasını isə Alper Ulusoy yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşmanın hakim-inspektoru UEFA-nın Hakimlər Komitəsinin sədri Roberto Rosetti olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026