• Bakı 17° C

    0.92 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Məşhur futbolçudan yeni rekord

İDMAN

09 Oktyabr 2023 | 23:26 | Müəllif: Subhan Mahmudov

Məşhur futbolçudan yeni rekord

Almaniyanın "Borussiya" (Dortmund) klubunun futbolçusu Mats Hummels yeni rekorda imza atıb.

Bakıvaxtı.az bildirir ki, 34 yaşlı müdafiəçi buna "Union"a (Berlin) 4:2 hesabı ilə qalib gəldikləri VII turun oyununda nail olub.

Bundesliqada 207-ci qələbəsini qazanan təcrübəli oyunçu Dortmund təmsilçisinin sabiq yarımmüdafiəçisi Mixael Sorkun (206) rekordunu qırıb.

Qeyd edək ki, "Bavariya"nın yetirməsi olan Mats Hummels 2008-2016-cı illərdə "Borussiya"da çıxış edib. 2016-2019-cu illərdə Münhen təmsilçisinin formasını geyinən futbolçu 2019-cu ildə yenidən "qara-sarılar"a qayıdıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR