• Bakı 7° C

    0.56 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Bekhem “Formula 1” pilotları ilə görüşdü

İDMAN

10 Oktyabr 2023 | 13:18

Bekhem “Formula 1” pilotları ilə görüşdü

Əfsanəvi ingiltərəli futbolçu Devid Bekhem “Formula 1” üzrə dünya çempionatında çıxış edən pilotlarla görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, ABŞ-ın “İnter Mayami” klubunun sahibi Qətər Qran-prisindən sonra üç sürücü ilə bir araya gəlib.

O, “Red Bull”un pilotu Maks Ferstappen, həmçinin “Mercedes” komandasının üzvləri Corc Rassell və Lyuis Hemiltonla birlikdə çəkilən şəkilləri sosial şəbəkədə paylaşıb. Bekhem üçüncü dəfə dünya çempionu olan Ferstappeni təbrik edib.

Qeyd edək ki, hesabında 433 xal olan Ferstappen çempionluğu rəsmiləşdirib. Pilotların yarışında Hemilton 3-cü, Rassell isə 8-ci pillədə qərarlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026