• Bakı 7° C

    0.56 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Millimiz dünya çempionu oldu

İDMAN

09 Noyabr 2023 | 01:10 | Müəllif: Subhan Mahmudov

Millimiz dünya çempionu oldu

Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Milli Atçılıq Festivalı başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu gün çövkən üzrə dünya çempionatının üçüncülük uğrunda və final oyunları keçirilib.

Günün ilk, çempionatın yeddinci matçı Özbəkistan və Polşa, final oyunu isə Azərbaycan və Mərakeş komandaları arasında olub.

Özbəkistana 5 cavabsız qolla qalib gələn Polşa yığması bürünc medallara sahib çıxıb. Qarşılaşmada Marek Setkieviç (3), Marta Şostak (1) və Marianna Olbrix (1) fərqlənməyi bacarıblar.

Finalda Mərakeşi 4:0 hesabı ilə üstələyən Azərbaycan millisi isə dünya çempionu olub. Rəqib komandanın qapısından qolları Tərlan Qurbanaliyev (2), Şamil Budaqov (1) və Şahmar Nağızadə keçiriblər.

Mundialın bombardiri altı qolla Tərlan Qurbanaliyev olub.

Sonda dörd, beşinci və altıncı yerin sahiblərinə çempionatda iştirak etdiklərinə görə təşəkkürnamə, ilk üç yeri tutanlara isə müvafiq olaraq, qızıl, gümüş və bürünc medallar, həmçinin fəxri diplom, dünya çempionu olan Azərbaycan yığmasına kubok təqdim edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026