• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

“Sabah” bu futbolçu ilə YOLLARINI AYIRIR

İDMAN

08 Dekabr 2023 | 09:34

“Sabah” bu futbolçu ilə YOLLARINI AYIRIR

“Sabah” yamaykalı futbolçusu Kahim Parrislə yollarını ayıracaq.

Bakıvaxtı.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Bakı klubu hazırda icarə əsasında komandada çıxış edən vingeri birdəfəlik transfer etmək fikrində deyil.

Buna səbəb 23 yaşlı oyunçunun ümidləri doğrulda bilməməsidir. Parrisin müqavilə ilə məxsus olduğu Ukraynanın “Dinamo” klubuna qayıtması gözlənilir. Yamayka millisinin üzvünün icarə müqaviləsi mövsümün sonuna qədər olsa da, onun qış fasiləsində Kiyev təmsilçisinə dönməsi istisna edilmir.

Qeyd edək ki, Kahim Parris bu mövsüm Premyer Liqada 11 oyun keçirib.


SON XƏBƏRLƏR

26 Iyul 2024