• Bakı 6° C

    0.62 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

İngiltərə klubu İvan Perişiç ilə vidalaşacaq

İDMAN

06 Yanvar 2024 | 12:00

İngiltərə klubu İvan Perişiç ilə vidalaşacaq

İngiltərənin “Tottenhem" klubu Xorvatiya millisinin üzvü İvan Perişiç ilə vidalaşacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “ITASportPress” agentliyinə açıqlamasında komandanın baş məşqçisi Angelos Postekoqlu bildirib.

“O, çox çalışır. Yığmanın qarşıdan gələn oyunları ilə əlaqədar tez bir zamanda meydana qayıtmaq istəyir. Onun təcrübəsi bizim üçün vacib idi, lakin düşünürəm ki, əməkdaşlığı davam etdirə bilməyəcəyik”, - avstraliyalı mütəxəssis deyib.

Qeyd edək ki, 35 yaşlı xorvatiyalı yarımmüdafiəçi 2022-ci ildən "Tottenhem"də çıxış edir. Onun klubla müqaviləsinin müddəti 2024-cü ilin yayında başa çatır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026