• Bakı 11° C

    3.74 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Afrika Millətlər Kubokunda yarımfinal cütləri bəlli oldu

İDMAN

04 Fevral 2024 | 11:15 | Müəllif: Subhan Mahmudov

Afrika Millətlər Kubokunda yarımfinal cütləri bəlli oldu

Futbol üzrə Afrika Millətlər Kubokunda yarımfinal cütləri bəlli olub.

Bakıvaxtı.az xəbər verir ki, son olaraq Cənubi Afrika seçməsi 1/4 finalda "Qarabağ"ın futbolçusu Patrik Andradenin şərəfini qoruduğu Kabo-Verde millisi ilə üz-üzə gəlib.

Əsas və əlavə vaxtı qolsuz başa çatan qarşılaşmanın penaltilər seriyasında (2:1) daha dəqiq oynayan Cənubi Afrika yığması növbəti raunda vəsiqə qazanıb.

Afrika Millətlər Kuboku
Yarımfinal

7 fevral
21:00. Nigeriya - Cənubi Afrika
00:00. Kot-d'İvuar - Konqo DR 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026