• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Əliyar Ağayev Zaqreb "Dinamo"sunun oyununa təyinat alıb

İDMAN

04 Mart 2024 | 17:21

Əliyar Ağayev Zaqreb "Dinamo"sunun oyununa təyinat alıb

Azərbaycanın FIFA referisi Əliyar Ağayev növbəti dəfə beynəlxalq təyinat alıb.

Bakıvaxtı.az "Report"a istinadən xəbər verir ki, 36 yaşlı hakim Xorvatiyada yerli "Dinamo" və Yunanıstanın PAOK komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının 1/8 final mərhələsinin ilk oyununu idarə edəcək.

Ona Zeynal Zeynalov və Akif Əmirəli yardımçı olacaqlar.

Qeyd edək ki, martın 7-də reallaşacaq "Dinamo" - PAOK qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Zaqreb təmsilçisində Azərbaycan millisinin futbolçusu Mahir Emreli də çıxış edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026