• Bakı 27° C

    3.4 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

“Neftçi”də itki

İDMAN

03 Aprel 2024 | 14:41

“Neftçi”də itki

“Neftçi” Azərbaycan kubokunun “Qarabağ”la yarımfinaldakı cavab oyununa itki ilə çıxacaq.

Bakıvaxtı.az xəbər verir ki, Eddi İsrafilov səfər matçını buraxacaq.

32 yaşlı yarımmüdafiəçi cəzalı duruma düşüb. O, “Qarabağ”la evdəki ilk qarşılaşmada (0:4) sarı vərəqə alıb. Eddi 1/4 finalın “Sumqayıt”la səfər (3:2) matçında da sarı vərəqə aldığı üçün 2-ci xəbərdarlığa görə qarşıdakı oyunu buraxacaq.

Qeyd edək ki, yarımfinalın cavab oyunları çərçivəsində baş tutacaq “Qarabağ” – “Neftçi” matçı aprelin 24-də keçiriləcək./idmanbiz


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026