• Bakı 16° C

    2.05 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

AFFA iki klubu cərimələdi

İDMAN

02 Aprel 2024 | 17:02 | Müəllif: Subhan Mahmudov

AFFA iki klubu cərimələdi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının XXVIII turunun matçlarında qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

“Səbail”lə oyunda 4 futbolçusu sarı vərəqə alan “Turan Tovuz” 700 manat cərimə edilib.

“Sumqayıt” isə “Araz-Naxçıvan”la matçda intizamsızlığa yol verən 4 oyunçusuna görə analoji sanksiyaya məruz qalıb. Bundan başqa, qarşılaşmanın 90+2-ci dəqiqəsində sumqayıtlıların məşqçisi Seymur Rəhimov hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb.

Onun bu hərəkəti klubunun 1500 manat cərimələnməsinə səbəb olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026