• Bakı 11° C

    5.7 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

"Barselona" Pedrini satışa çıxaracaq

İDMAN

02 May 2024 | 15:54

"Barselona" Pedrini satışa çıxaracaq

İspaniyanın "Barselona" klubu yay "transfer pəncərəsi"ndə Pedrini satışa çıxaracaq.

Bakıvaxtı.az "Radio Marca"ya istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi dünyanın ən istedadlı futbolçularından hesab olunsa da, baş məşqçi Xavinin etimadını qazana bilməyib.

Belə ki, Pedrinin özünü inkişaf etdirməməsi və gecə həyatına qurşanması məşqçilər korpusunun ürəyincə deyil.

İspaniyalı futbolçunun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq.

Qeyd edək ki, Pedri cari mövsüm "Barselona"nın heyətində 29 oyuna çıxıb və 2 qol vurub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026