• Bakı 14° C

    12.32 m/s

  • USD - 1.7

    EUR - 1.8505

    RUB - 0.0187

Futzal üzrə Yüksək Liqada mövsümə yekun vurulub

İDMAN

02 May 2024 | 16:24

Futzal üzrə Yüksək Liqada mövsümə yekun vurulub

Bu gün futzal üzrə Yüksək Liqada mövsümün sonuncu - XX turunun oyunları keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, “Record club” yarışdan kənarlaşdırıldığı üçün “Baku Fire” 3 xalı meydana çıxmadan hesabına yazdırıb.

"Yasamal Bakı" ilə qarşılaşan “Neftçi” meydançaya legionerlərsiz çıxıb və 15:6 hesablı qələbəyə sevinib.

Yüksək Liqada mövsümün son matçında isə “Araz-Naxçıvan” və U-19 üz-üzə gəlib. Gözlənildiyi kimi, son çempion çətinlik çəkmədən qələbə qazanıb - 8:0.

Bununla da Yüksək Liqada 2023/2024 mövsümünə yekun vurulub.

Son oyundan sonra komandalara mükafatlar təqdim olunub. Əvvəlcə matçın hakim-inspektoru Murad Məmmədov və referilər - Elgün Hüseynov, Mahir Məmmədov və Rza Məmmədov səhnəyə dəvət alıblar. Bundan başqa, Vitali Borisova ("Araz-Naxçıvan") ən yaxşı baş məşqçi, 57 qol vuran “Neftçi”nin üzvü Reza Abgouna ən məhsular oyunçu nominasiyası üzrə mükafat təqdim edilib. “Neftçi”yə bürünc, “Baku Fire”yə gümüş, “Araz-Naxçıvan”a isə qızıl medallar və çempionluq kuboku təqdim edilib.

Mükafatları Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Elşən Abasov və AFFA-nın baş katibinin müavini Kamran Vəliyev təqdim ediblər.


SON XƏBƏRLƏR

16 May 2024