• Bakı 14° C

    12.32 m/s

  • USD - 1.7

    EUR - 1.8505

    RUB - 0.0187

“Qarabağ” reytinqdə gerilədi

İDMAN

02 May 2024 | 10:43

“Qarabağ” reytinqdə gerilədi

Azərbaycan Premyer Liqası komandalarının reytinqləri bəlli olub. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Opta” idman analitikası şirkəti məlumat açıqlayıb. 

Çempionluğunu rəsmiləşdirən “Qarabağ” reytinqin ilk “100-lüy”ündən kənarda qalıb. Klub 118-ci sıraya geriləyib. Digər komandalarımızdan “Zirə”, “Turan Tovuz”, “Səbail” və “Qəbələ”də də geriləmə müşahidə olunub.

Əvəzində “Sabah”, “Neftçi”, “Sumqayıt”, “Kəpəz” və “Araz-Naxçıvan” irəliləyişə nail olublar. “Qarabağ”la yanaşı, “Sabah”, “Neftçi” və “Zirə” də siyahının ilk “1000-liy”inə düşüblər.
Dünya reytinqinə “Mançester Siti” başçılıq edir. İngiltərə klubu 100 xala malikdir. İkinci sırada “Real” (98), üçüncü pillədə isə “İnter” (97,6) qərarlaşıb.


SON XƏBƏRLƏR

16 May 2024