• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Nazir Xankəndi-Bakı marafonunun ən yaşlı iştirakçısını təbrik etdi

İDMAN

04 Mart 2024 | 19:34 | Müəllif: Subhan Mahmudov

Nazir Xankəndi-Bakı marafonunun ən yaşlı iştirakçısını təbrik etdi

 Xankəndi-Bakı ultra marafonunun iştirakçıları Bakıya çatıb.  

Bakıvaxtı.az xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov marafonun ən yaşlı iştirakçısı - 68 yaşlı Hüseynağa Səfərovu təbrik edib. 

"68 yaşlı Hüseynağa Səfərov ölkəmizdə ilk dəfə keçirilən Xankəndi-Bakı ultra marafonunun ən yaşlı iştirakçısıdır. 5 gün ərzində 380 km qət etməyə bacaran bütün iştirakçıları təbrik edir, idmanımıza yeni-yeni uğurlar arzulayıram", - deyə nazir qeyd edib.

Qeyd edək ki, marafonda müxtəlif ölkələrdən ümumilikdə 64 idmançı iştirak edir. Onlardan dördü meksikalı, beşi türkiyəli, biri moldovalıdır. Digərləri isə Azərbaycan təmsilçiləridir.
Ultra marafon iştirakçıları Xankəndi-Yevlax (83 kilometr), Yevlax-Ucar (84 kilometr), Ucar-Hacıqabul (88 kilometr), Hacıqabul-Qobustan (70 kilometr) və Qobustan-Bakı (55 kilometr) mərhələlərini keçməklə bu gün Bakıya çatıblar. Hər mərhələnin qalibləri ayrılıqda təltif ediləcəklər. Ultra marafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026