• Bakı 10° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Qalmaqallı oyuna görə cəzalar məlum oldu - RƏSMİ

İDMAN

03 Aprel 2024 | 17:29 | Müəllif: Subhan Mahmudov

Qalmaqallı oyuna görə cəzalar məlum oldu - RƏSMİ

"Trabzonspor" və "Fənərbaxça" klublarının məlum oyunda baş verənlərlə bağlı cəzaları müəyyənləşib.

Bakıvaxtı.az bildirir ki, bu barədə Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi məlumat yayıb.

Qərara əsasən, "Fənərbaxça"nın 2 futbolçusu - Ceyden Ostervolde və İrfan Can Eğribayat bir oyunluq cəza alıblar. Osayi Samuel isə cəza almayıb.

"Trabzonspor" klubu isə qarşıdakı 6 matçı azarkeşsiz keçirəcək. Komandanın məşqçisi Egemen Korkmaz 1 oyun texniki zonada olmayacaq.

Xatırladaq ki, Superliqanın 39-cu həftəsinin "Trabzonspor"-"Fənərbaxça" qarşılaşmasından sonra "sarı-lacivərdlilər" 3:2 hesablı qələbəyə sevinərkən meydana daxil olan azarkeşlərlə İstanbul klubunun futbolçuları arasında insident yaşanıb. Tərəfdarlar final fitindən sonra oyunçulara hücum ediblər. Hadisəyə təhlükəsizlik əməkdaşları müdaxilə ediblər./mətbuat.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026