• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azərbaycanı Olimpiya Təsnifat turnirində 11 güləşçi təmsil edəcək

İDMAN

03 May 2024 | 16:49

Azərbaycanı Olimpiya Təsnifat turnirində 11 güləşçi təmsil edəcək

Azərbaycanı mayın 9-dan 12-dək Türkiyənin İstanbul şəhərində keçiriləcək Dünya Olimpiya Təsnifat turnirində 11 güləşçi təmsil edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb

Yunan-Roma güləşçilərimiz turnirin ilk günlərində mübarizə aparacaq. Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq), Murad Əhmədiyev (97 kq) və Sabah Şəriəti (130 kq) ölkəmizə olimpiya lisenziyası qazandırmağa çalışacaq.

Qadın güləşçilərin yarışında isə Mariya Stadnik (50 kq), Gültəkin Şirinova (53 kq), Alyona Kolesnik (57 kq), Ruzanna Məmmədova (62 kq) və Elis Manolova (68 kq) ölkəmizi təmsil edəcək.

I-S kateqoriyalı hakim Asif Şirəliyev turnirdə ədaləti qoruyacaq.

Hər çəkidə ilk 3 yeri tutan (yarımfinalda və bürünc medalçılar arasında keçirilən görüşdə qalib gələnlər) güləşçilər Olimpiadaya vəsiqə əldə edəcək.

Xatırladaq ki, güləşçilərimiz indiyədək 8 lisenziyanın sahibidir. Sərbəst güləşdə bütün çəkilərdə (57, 65, 74, 86, 97 və 125 kq), yunan-Roma güləşində isə 67 və 77 kq-da Paris-2024-ə lisenziya qazanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026