• Bakı 24° C

    4.68 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Şahmatçımız beynəlxalq turnirin qalibi oldu

İDMAN

02 Iyun 2024 | 16:11 | Müəllif: Subhan Mahmudov

Şahmatçımız beynəlxalq turnirin qalibi oldu

Azərbaycan şahmatçısı Məhəmməd Muradlı Birləşmiş Ərəb Əmirliklərində təşkil edilən "Dubai Open" beynəlxalq turnirinin qalibi olub.

Azərbaycan Şahmat Federasiyasından Bakıvaxtı.az-a verilən məlumata görə, son tura lider kimi başlayan qrossmeyster yekun partiyada heç-heçə oynayıb. 9-cu turda M.Muradlı çinli Dai Çanqrenlə xalı yarı bölüb.

Beləliklə, 9 turda ümumilikdə 7 xal toplayan Məhəmməd Muradlı "Dubai Open"i qalib kimi başa vurub. Şahmatçımız həm də 16 min ABŞ dolları məbləğində pul mükafatına layiq görülüb.

Turnirdə 6,5 xal toplayan digər şahmatçımız Eltac Səfərli 2-6-cı yerləri bölüşdürüb. Əlavə əmsallara görə şahmatçı 6-cı yeri tutub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR