• Bakı 19° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

AVRO-2024: Türkiyə millisində itki

İDMAN

02 Iyun 2024 | 09:13 | Müəllif: Subhan Mahmudov

AVRO-2024: Türkiyə millisində itki

Türkiyə millisi itki ilə üzləşib.

Bakıvaxtı.az bildirir ki, "ay-ulduzlular"ın hücumçusu Enes Ünal AVRO-2024-ün heyətindən çıxarılıb.

Buna "Bormunt"un şərəfini qoruyan forvardının zədələnməsi səbəb olub. 27 yaşlı futbolçunun millinin son məşqində sol ayağının baş barmağı sınıb. Müayinələrdən sonra məlum olub ki, zədə AVRO-2024 ərəfəsində və çempionatın gedişində tam sağalmayacaq.

Qeyd edək ki, Türkiyə millisi Avropa çempionatında F qrupunda Portuqaliya, Çexiya və Gürcüstana qarşı mübarizə aparacaq. Qitə birinciliyi iyunun 14-dən iyulun 14-ə qədər keçiriləcək./idmanbiz


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026