• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

111 il sonra ikinci liqaya düşdülər…

İDMAN

08 Dekabr 2023 | 10:23

111 il sonra ikinci liqaya düşdülər…

Braziliyanın ən tanınmış klublarından olan “Santos” növbəti mövsümdən ikinci liqada mübarizə aparacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə xarici mediada məlumat yayılıb.

111 yaşlı komanda yerli çempionatın son turunda “Fortaleze”yə 1:2 hesabı ilə məğlub olub. Bununla da komanda çempionatı 17-ci pillədə başa vurub. Bu isə onların növbəti il üçün “B seriyası”na yollanması anlamına gəlir.

Azarkeşlər matçdan sonra şəhərdə bir neçə avtomobil yandırılıblar. Komandanı daşıyan avtobusa da hücum olub, nəqliyyat vasitəsi zərər görüb.

Qeyd edək ki, “Santos” ölkənin ən titullu komandalarından biridir. Bu komanda 8 dəfə Braziliya çempionu olub. Komanda bu göstəricidə yalnız 12 dəfə çempion olan “Palmeyras”dan geri qalır. Vaxtilə bu komandada “futbol kralı” Pele və digər ulduz futbolçular çıxış ediblər.

Ziyafət Əlisoy


SON XƏBƏRLƏR

26 Iyul 2024