• Bakı 29° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.9456

    RUB - 2.1745

“Neftçi” növbəti oyuna ciddi itkilərlə çıxacaq

İDMAN

07 Dekabr 2023 | 23:02

“Neftçi” növbəti oyuna ciddi itkilərlə çıxacaq

"Neftçi" Azərbaycan Premyer Liqasının XVI turunun "Turan Tovuz"la oyununa ciddi itkilərlə çıxacaq.

Klubdan Bakıvaxtı.az-a verilən məlumata görə, qapıçı İvan Brkiç və yarımmüdafiəçi Ataa Caber zədə səbəbindən qarşıdakı matçı buraxacaq.

Xorvatiyalı qolkiper hələ də fərdi olaraq hazırlığını davam etdirir. Fələstinli orta sahə oyunçusu isə topuğundakı burxulmaya görə 2 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, dekabrın 10-da keçiriləcək "Neftçi" - "Turan Tovuz" görüşü saat 18:00-da başlayacaq. Qarşılaşma "Neftçi Arena"da oynanılacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Iyul 2026