• Bakı 20° C

    8.37 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Badminton millimiz Şotlandiyaya UDUZDU

İDMAN

07 Dekabr 2023 | 19:18

Badminton millimiz Şotlandiyaya UDUZDU

Azərbaycanın qadınlardan ibarət badminton millisi Avropa çempionatının təsnifat mərhələsinin ilk görüşündə Şotlandiyaya uduzub.

Badminton Federasiyasından Bakıvaxtı.az-a verilən məlumata görə, Abşeron Olimpiya İdman Kompleksində büş tutan oyun rəqibin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Keişa Fatimə Zəhra, Leyla Camalzadə, Aysu Kərimzadə, Era Maftuha və Həcər Nuriyevanın heyətində yer aldığı yığmamız qrupda növbəti oyunlarını Estoniya və Slovakiyaya qarşı keçirəcək.

Qeyd edək ki, reqlamentə əsasən, qrup qalibi 2024-cü ilin 14-18 fevralında Polşanın Lodz şəhərində keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacaq.


SON XƏBƏRLƏR

08 May 2025