• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Azərbaycan millisi Ukraynaya məğlub oldu

İDMAN

05 Yanvar 2024 | 19:50 | Müəllif: Subhan Mahmudov

Azərbaycan millisi Ukraynaya məğlub oldu

20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Litvanın Şaulyay şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında üçüncü oyununa çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, Şahin Çatmanın rəhbərlik etdiyi komanda Ukrayna ilə qarşılaşıb. Oyun yığmanın 0:3 (12:25, 6:25, 10:25) hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Təmsilçimiz əvvəlki iki matçda Estoniya və Latviyaya da eyni hesabla uduzub. U-20 sabah Litva, yanvarın 7-də isə Polşa milliləri ilə münasibətləri aydınlaşdıracaq.

Qeyd edək ki, yanvarın 7-nə qədər davam edəcək yarış AVRO-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə qazanacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026