Azərbaycan Premyer Liqasının XXI turu çərçivəsində keçirilən "Səbail" - "Qarabağ" (1:2) oyunundan sonra qonaq komandanın baş məşqçisi Qurban Qubanov jurnalistlərin suallarını cavablandırıb.
Bakıvaxtı.az xəbər verir ki, "Qarabağ"ın çalışdırıcısı oyunçularını təbrik etdi:
"Futbolçularımı təbrik edirəm. Vacib 3 xal qazandıq. "Səbail"ə qarşı oynamaq çətin idi. Qarşımızda istəkli komanda var idi. Hər iki komandaya uğur arzu edirəm".
Q. Qurbanov ikinci hissədə rəqib komandanın üstünlüyünü də vurğulayib:"
İstəkli komadaya qarşı oynayırdıq. Bəhanə gətirmirəm, sadəcə belə stadionda topla davranmaq asan olmur. Onlar topu daha yaxşı hiss edirdilər. Çünki burada daha çox oyun keçiriblər, meydana öyrəşiblər".
Ziyafət Əlisoy
















