• Bakı 7° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Hazırda özümü yaxşı hiss edirəm, hər şey normaldır - Vadim Vasilyev

İDMAN

04 Mart 2024 | 13:05

Hazırda özümü yaxşı hiss edirəm, hər şey normaldır - Vadim Vasilyev

Hazırda özümü yaxşı hiss edirəm, hər şey normaldır. Bir-iki günə xəstəxanadan çıxacağam.

Bu fikirləri Bakıvaxtı.az-a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilyev deyib.

İnsult keçirən 51 yaşlı keçmiş hücumçu ona dəstək olduqları üçün AFFA rəhbərliyinə minnətdarlığını bildiirb: "Çətinliyim yoxdur, hər şey yaxşıdır. Sol tərəfim işləmirdi. Artıq dünən və bu gün barmaqlarımı tərpədə və hərəkət edə bilirəm. Özümə yaxşı baxmağa çalışacağam. Hamısı əsəbdən idi".

Qeyd edək ki, Vadim Vasilyev 1999-2003-cü illərdə Azərbaycan yığmasında çıxış edib və 33 oyunda 2 qol vurub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR