• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azərbaycan – İsveçrə oyununun hakimləri açıqlandı

İDMAN

02 Aprel 2024 | 15:04 | Müəllif: Subhan Mahmudov

Azərbaycan – İsveçrə oyununun hakimləri açıqlandı

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin evdə İsveçrə yığmasına qarşı keçirəcəyi Avropa çempionatının seçmə mərhələ oyununun təyinatları bəlli olub.

Bakıvaxtı.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matç Rumıniyadan olan hakimlərə tapşırılıb.

Referi Alina Peşuya yan xətt hakimləri Daniela Konstantinesku və Petruta Yuqulesku yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını Kristina Trandafir yerinə yetirəcək.

Qeyd edək ki, B Liqasının I qrupunun oyunu aprelin 9-da “Liv Bona Dea Arena”da keçiriləcək və saat 16:00-da başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026