• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Böyük Dəbilqə: Azərbaycan cüdoçusu gümüş qazandı

İDMAN

03 Fevral 2024 | 23:14 | Müəllif: Subhan Mahmudov

Böyük Dəbilqə: Azərbaycan cüdoçusu gümüş qazandı

Azərbaycan cüdoçusu Zelim Tçkayev (81 kq) Fransanın paytaxtı Parisdə keçirilən Böyük Dəbilqə turnirində gümüş medal qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, 24 yaşlı idmançı yarışda ikinci yeri tutub.

Mübarizəyə 1/32 finaldan başlayan Tçkayev bütün rəqiblərini məğlub edərək finala qədər irəliləməyi bacarıb. Lakin o, həlledici görüşdə belçikalı Mattias Kasseyə uduzub.

Azərbaycan millisinin digər cüdoçuları Rəşid Məmmədəliyev, İbrahim Əliyev (hər ikisi 73 kq) və Səid Mollayi (81 kq) mükafatçılar sırasına düşə bilməyiblər.

Qeyd edək ki, ötən gün Nazir Talıbov və Əhməd Yusifov (hər ikisi 60 kq) uğursuz nəticə göstəriblər. Yarışa fevralın 4-də yekun vurulacaq. Həmin gün Vüqar Talıbov, Elcan Hacıyev (hər ikisi 90 kq) və Uşanqi Kokauri (+100 kq) qüvvələrini sınayacaqlar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026