• Bakı 15° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

“Bayer 04” “Qarabağ” önünə ehtiyat qüvvə ilə çıxacaq

İDMAN

09 Noyabr 2023 | 11:33

“Bayer 04” “Qarabağ” önünə ehtiyat qüvvə ilə çıxacaq

Almaniyanın “Bayer 04” klubu UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda “Qarabağ”la bu gün keçiriləcək oyuna ehtiyat qüvvə ilə çıxacaq.

Bakıvaxtı.az xəbər verir ki, baş məşqçi Xabi Alonso əsasən az oyun şansı əldə edən futbolçulara güvənəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmada qapını Matey Kovarj qoruyacaq. Oyunlarda adətən sonradan meydana çıxan Yosip Stanisiçlə Pyero İnkapenin ilk dəqiqələrdən müdafiə xəttində qərarlaşacağı gözlənilir.

İspaniyalı mütəxəssis yarımmüdafiədə də Robert Andrix, Natan Telya və Amine Adliyə şans vermək fikrindədir. Zədədən yeni qayıdan hücumçu Patrik Şikin isə iştirakı sual altındadır.

Qeyd edək ki, “Qarabağ” – “Bayer 04” oyunu saat 21:45-də başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026