• Bakı 11° C

    3.74 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Cüdoçularımız Avropa çempionatının komanda yarışlarında iştirak edəcək

İDMAN

10 Sentyabr 2023 | 12:40 | Müəllif: Subhan Mahmudov

Cüdoçularımız Avropa çempionatının komanda yarışlarında iştirak edəcək

Azərbaycan cüdoçuları Avropa çempionatının komanda yarışlarında iştirak edəcək.

Azərbaycan Cüdo Federasiyasından Bakıvaxtı.az-a verilən məlumata görə, 10 sentyabrda Niderlandın Haaqa şəhərində keçirilən gənclər arasında Avropa çempionatının komanda yarışları start götürür.

Komanda yarışlarında 16 ölkə medallar uğrunda mübarizə aparır. Azərbaycan yarışlarda 10 idmançı ilə təmsil olunur.

Azərbaycan cüdoçularının ilk rəqibləri Rumıniya yığması olacaq.

-60 kq. çəkidə -73 kq. çəkidə Süleyman Əliyev və Vüsal Qələndərzadə, -90 kq. çəkidə Vüqar Talıbov və İsmayıl Zamanov, +90 kq. çəkidə Kənan Nəsibov, qızlarda isə -57 kq. çəkidə Aydan Vəliyeva, -70 kq. çəkidə Fidan Əlizadə, +70 kq. çəkidə Nigar Süleymanova və Nərmin Əmirli güclərini sınayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026