• Bakı 10° C

    7.2 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Alaba Azərbaycanla oyunu buraxacaq

İDMAN

09 Oktyabr 2023 | 16:02

Alaba Azərbaycanla oyunu buraxacaq

Avstriya millisinin kapitanı David Alaba AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan və Belçikaya qarşı keçiriləcək oyunları buraxacaq.

Bakıvaxtı.az-ın Avstriya Futbol Assosiasiyasının rəsmi saytına istinadən məlumatına görə, müdafiəçi heyətdən çıxarılıb.

Baş məşqçi Ralf Ranqnik ona dəvət göndərsə də, tibbi müayinədən sonra Alabanın yığmanın oyunlarına hazır olmayacağı müəyyənləşib. İspaniyanın “Real” klubunun 31 yaşlı oyunçusu Madrid təmsilçisinin düşərgəsində qalacaq.

Qeyd edək ki, oktyabrın 13-də Vyanada Belçikanı qəbul edəcək avstriyalılar üç gün sonra Bakıda Azərbaycan millisinin qonağı olacaqlar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026