“Qalatasaray” futbol klubu “Bayern Münhen”lə oyuna Muslerasız çıxacaq.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, uruqvaylı qolkiperi “Bavariya” ilə oyunda Günay Güvenç əvəz edəcək.
Musleranın dirsəyindən zədələndiyi "Kasımpaşa" matçında sarı-qırmızılı komandanın qapısını ilk dəfə qoruyan Günay Güvenç matçı uğurla başa vurub.
"Bavariya" ilə qarşılaşacaq Günayın fiziki cəhətdən 100 faiz hazır olması üçün gərgin iş gedir. O, 32 yaşlı təcrübəli qapıçının yoxluğunda ortaya çıxan şansdan yaxşı istifadə etmək istəyir. Fernando Muslera həmçinin Bayern matçı üçün Günaya mentorluq edir.
Qeyd edək ki, “Qalatasaray”- “Bavariya” matçı noyabrın 8-i saaat 23:00-da baş tutacaq.
Ziyafət Əlisoy












%20(1)png-1701867354.webp)



