• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Tibo Kurtua AVRO-2024-ü buraxacaq

İDMAN

06 Dekabr 2023 | 16:55

Tibo Kurtua AVRO-2024-ü buraxacaq

Belçika millisinin futbolçusu Tibo Kurtua Avropa çempionatının final mərhələsini buraxacaq.

Bakıvaxtı.az-a “Marca”ya istinadən xəbər verir ki, qapıçı özü bu barədə millinin məşqçilər korpusunu məlumatlandırıb.

31 yaşlı qolkiper çarpaz bağın yırtılması səbəbindən mövsümün əvvəlindən yaşıl meydanlardan uzaq qalıb. Onun ən yaxşı halda 2024-cü ilin yazında məşqlərə başlayacağı gözlənilir. Kurtua AVRO-2024 ərəfəsində futbola dönə biləcək. Lakin həmin vaxt optimal formadan uzaq olacağı üçün Madriddə qalaraq məşqlərini davam etdirəcək.

Qeyd edək ki, Belçika millisi 2024-cü ilin iyun-iyul aylarında baş tutacaq AVRO-2024-də Slovakiya və Rumıniya ilə eyni qrupda yer alacaq. Qrupun dördüncü iştirakçısı pley-off mərhələsinin nəticələrinə əsasən müəyyənləşəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026