• Bakı 25° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

"Sərhədçi” 3 yeni transfer etdi

İDMAN

04 Yanvar 2024 | 21:06

"Sərhədçi” 3 yeni transfer etdi

“Yeni oyunçuların uyğunlaşma prosesini tez keçib liqanın ikinci yarısına sürətli və yaxşı başlamaq istəyirik”.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Sərhədçi” basketbol komandasının baş məşqçisi təyin olunan Evren Alkaya deyib.

Türkiyəli mütəxəssis üç yeni transfer etdiklərini xatırladıb: “Sərhədçi” dəyərli klubdur. Mövsümün əvvəlindən izləyirəm, çox sevdiyim kollektivdir. Sadəcə, bu il istədikləri nəticələri ala bilmədilər. Həm mövsümə gec başladılar, həm də hərbi xidmətdə olan oyunçulara görə müəyyən çətinliklər yaşandı. Artıq iş sırası bizdədir. Ölkə kubokunadək komandanı güclü səviyyəyə çatdıracağıq".

Qeyd edək ki, Evren Alkaya həm də qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisidir. “Sərhədçi” Azərbaycan Basketbol Liqasında 9 oyundan sonra 11 xalla 9-cu pillədə qərarlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026