• Bakı 26° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

"Neftçi" Türkiyədən basketbolçu transfer etdi

İDMAN

04 Yanvar 2024 | 19:42

"Neftçi" Türkiyədən basketbolçu transfer etdi

"Neftçi" klubu heyətini yeni basketbolçu ilə gücləndirib.

Bakıvaxtı.az xəbər verir ki, “ağ-qaralar” türkəsilli Ulaş Can Turqutu transfer edib.

20 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisinin də üzvü olan oyunçunun son klubu Türkiyə təmsilçisi “Darüşşafaka Lassa” olub. Onunla mövsümün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, “Neftçi” ölkə çempionatında 9 turdan sonra 15 xalla dördüncü pillədə qərarlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026