• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Arda Güler bu oyunda meydana çıxacaq

İDMAN

04 Yanvar 2024 | 15:14 | Müəllif: Subhan Mahmudov

Arda Güler bu oyunda meydana çıxacaq

"Real"ın baş məşqçisi Karlo Ançelotti komandanın futbolçusu Arda Güleri La Liqanın 19-cu turunda "Malyorka"ya qarşı matçda (1:0) oynatmamasının səbəbi haqda danışıb.

Bakıvaxtı.az xəbər verir ki, Türkiyə millisinin üzvü sözügedən görüşü sona kimi ehtiyat oyunçular skamyasından izləyib.

Ançelotti matçdan sonra keçirilən mətbuat konfransında 18 yaşlı yarımmüdafiəçi ilə bağlı deyib: "Arda Güler ​​tezliklə oynamağa başlayacaq. O, çox gəncdir, cəmi 18 yaşı var. Arda "Real"ın bu günü və gələcəyidir. O, hazırda rahatdır və zədəsini sağaltdığı üçün xoşbəxtdir. Ona güvənirik. Uzun illər burada olacaq, 1-2 matç oynamamasının nə önəmi var? Şənbə günü İspaniya kubokunda keçiriləcək "Arandina"ya qarşı oyunda "Malyorka" ilə görüşdə meydana çıxmayan futbolçulara şans veriləcək".

Xatırladaq ki, ötən ilin yayında Madrid təmsilçisinə transfer olunan Arda zədə səbəbindən hələ də klubunda debüt edə bilməyib./qol.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR