• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Qarabağ” Andrade ilə müqaviləni yenilədi

İDMAN

02 Fevral 2024 | 22:53 | Müəllif: Subhan Mahmudov

“Qarabağ” Andrade ilə müqaviləni yenilədi

“Qarabağ” Leandro Andrade ilə müqaviləni yeniləyib.

Bakıvaxtı.az klubun saytına istinadən xəbər verir ki, kabo-verdeli yarımmüdafiəçi arasında anlaşma 2027-ci il iyunun 30-dək uzadılıb.

24 yaşlı futbolçu 2022-ci ilin yanvarından komandanın formasını geyinir. Andrade “Qarabağ”ın heyətində 86 oyun keçirib və 22 qol vurub. O, Premyer Liqada 55 (16 qol), kubokda 8 (1 qol), avrokuboklarda 23 (5 qol) matçda iştirak edib.

Qeyd edək ki, Leandro “Qarabağ”ın heyətində iki dəfə (2021/22, 2022/23) Azərbaycan çempionu, bir dəfə (2021/22) ölkə kubokunun qalibi olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026