• Bakı 18° C

    3.65 m/s

  • USD - 1.7

    EUR - 1.8131

    RUB - 0.0182

“Qarabağ” derbidə “Neftçi”ni məğlub etdi - YENİLƏNİB

İDMAN

03 Mart 2024 | 21:12

“Qarabağ” derbidə “Neftçi”ni məğlub etdi - YENİLƏNİB

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulub.

Bakıvaxtı.az xəbər verir ki, turun son oyununda "Neftçi" və "Qarabağ" komandaları üz-üzə gəliblər. "Neftçi Arena"da reallaşan ölkə derbisi Ağdam klubunun 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 47-ci dəqiqədə qonaqların heyətində Nəriman Axundzadə açıb. Toral Bayramov 60-cı dəqiqədə ikinci topu rəqibin qapısından keçirib. Filip Ozobiç 71-ci dəqiqədə penaltidən fərqi minimuma endirib. Toral Bayramov 90+4-cü dəqiqədə dublunu rəsmiləşdirib. Matçın yekun nəticəsini 90+7-ci dəqiqədə Leandro Andrade müəyyənləşdirib.

Turun əvvəlki oyunlarında "Kəpəz" " Sumqayıt"a 3:1, "Sabah" "Araz-Naxçıvan"a 2:0, "Səbail" "Qəbələ"yə 3:2 hesabı ilə qalib gəlib. "Zirə" - "Turan Tovuz" görüşü isə qollu sülhlə başa çatıb - 1:1.

Qeyd edək ki, bu nəticələrdən sonra xallarını 60-a çatdıran "Qarabağ" turnir cədvəlinə başçılıq edir. "Səbail" 37 xalla 2-ci, "Neftçi" isə 36 xalla üçüncü pillədə qərarlaşıb.

 

 

18:25

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXV turunda üz-üzə gələcək “Neftçi” və “Qarabağ”ın start heyətləri müəyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.

“Neftçi”: 93. Rza Cəfərov 10. Filip Ozobiç 8. Emin Mahmudov (k) 2. Qara Qarayev 19. Azər Salahlı 4. Mark Tamaş 99. Ervin Koffi 44. Yuri Matias 11. Kilan Lebon 88. Brayan Moreno 77. Yeqor Boqomolski

Ehtiyat oyunçular: 1. İvan Brkiç 30. Aqil Məmmədov 14. Eddi İsrafilov 3. Höccət Haqverdi 17. Rəhman Hacıyev 26. Ömər Buludov 16. Lukas Melano 22. Reziuan Mirzov 6. Dieqo Valdez 9. Andre Şinyaşiki 20. Alfa Konte

Baş məşqçi: Miodraq Bojoviç

“Qarabağ”: 99. Andrey Lunyov 55. Bədavi Hüseynov (k) 13. Bəhlul Mustafazadə 27. Toral Bayramov 90. Nəriman Axundzadə 29. Marko Veşoviç 10. Abdullah Zubir 66. Patrik Andrade 7. Yassin Benzia 8. Marko Yankoviç 15. Leandro Andrade

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili 89. Amin Ramazanov 20. Riçard Almeyda 5. Maksim Medvedev 30. Abbas Hüseynov 24. Aleksey İsayev 44. Elvin Cəfərquliyev 11. Adama Diakabi 18. Olavio Juninyo 2. Mateus Silva 6. Julio Romao 19. Redon Cica

Baş məşqçi: Qurban Qurbanov

Qeyd edək ki, “Neftçi Arena”dakı qarşılaşma saat 19:00-da start götürəcək.

 

***09:52

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulacaq.

Bakıvaxtı.az xəbər verir ki, son olaraq iki oyun gerçəkləşəcək.

Günün ilk matçı Qəbələdə baş tutacaq. Şəhərin eyniadlı komandası "Səbail"i qəbul edəcək. Bölgə təmsilçisi 15 xalla sonuncu, paytaxt klubu 34 xalla 6-cı pillədə qərarlaşıb.

Tura Azərbaycan derbisi ilə yekun vurulacaq. "Neftçi" doğma meydanda "Qarabağ"la üz-üzə gələcək. "Ağ-qaralar" 36 xalla ikinci sırada yer alıb, "köhlən atlar" 57 xalla liderdir.


SON XƏBƏRLƏR

22 Aprel 2024