• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Xankəndi – Bakı ultramarafonu: 17 nəfər finişə çatıb

İDMAN

03 Mart 2024 | 09:18

Xankəndi – Bakı ultramarafonu: 17 nəfər finişə çatıb

“İdman həftəsi” çərçivəsində martın 2-də “Qürurla irəli!” şüarı ilə Xankəndi – Bakı ultramarafonunun 3-cü mərhələsi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, 21 nəfərin iştirakı ilə Ucardan start götürən üçüncü mərhələ 88 km məsafəni əhatə edərək Hacıqabulda başa çatıb.

17 nəfərin finişə çatdığı 3-cü mərhələdə kişilər arasında Artyom Əliyev birinci, Murat Kaya ikinci, Seymur Şahbazov üçüncü olublar.

Qadınlar arasında isə finişə Svetlana Şepeleva (Moldova) və Leyla Abidinova (Azərbaycan) çatıblar.


SON XƏBƏRLƏR

26 Iyul 2024