• Bakı 16° C

    1.76 m/s

  • USD - 1.7

    EUR - 1.9023

    RUB - 2.0943

Avropanın ən dəyərli klubları

İDMAN

01 Aprel 2024 | 20:43 | Müəllif: Subhan Mahmudov

Avropanın ən dəyərli klubları

Avropanın ən dəyərli klublarının adları açıqlanıb.

Bakıvaxtı.az bildirir ki, "Transfermarkt"ın tərtib etdiyi siyahıya "Mançester Siti" başçılıq edir.

"Şəhərlilər"in dəyəri 1,2 milyard avrodur. Onları "Arsenal" və "Real" izləyir.

İlk "10-luğ"a İtaliyanın heç bir klubu daxil edilməyib. Milan "İnter"i bu reytinqdə 622 milyon avro dəyərində 13-cüdür.

Avropanın ən bahalı 10 klubu:

1. "Mançester Siti" (İngiltərə) - 1,2 milyard avro.
2. "Arsenal" (İngiltərə) - 1,12 milyard avro.
3. "Real" (İspaniya) - 1,04 milyard avro.
4. PSJ (Fransa) - 1,02 milyard avro.
5. "Bavariya" (Almaniya) - 929 milyon avro.
6. "Çelsi" (İngiltərə) - 928 milyon avro.
7. "Liverpul" (İngiltərə) - 921 milyon avro.
8. "Barselona" (İspaniya) - 840 milyon avro.
9. "Tottenhem" (İngiltərə) - 777 milyon avro.
10. "Mançester Yunayted" (İngiltərə) - 734 milyon avro./idman.biz


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR