• Bakı 16° C

    2.35 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.0187

“Qarabağ” rumınların “qorxulu siyahısında”...

İDMAN

01 May 2024 | 12:58

“Qarabağ” rumınların “qorxulu siyahısında”...

Rumıniya mətbuatı FCSB-nin Çempionlar Liqasında “Qarabağ”ı potensial rəqibləri arasında arzuolunmaz komanda kimi göstəriblər.

Bakıvaxtı.az xəbər verir ki, “Digi Sport” nəşrinin hazırladığı siyahıda klubun təsnifat mərhələləri və pley-offdakı ən çətin hesab etdikləri rəqibləri yer alıb.

Buxarest təmsilçisi ÇL-in 1-ci təsnifat mərhələsini keçsə, 2-ci turda “Qarabağ”a rəqib ola bilər.

Rumınların siyahısında “Qarabağ”la yanaşı, “Ordabası”, “Slaviya” və “Qalatasaray” da yer alıb.

“Qorxulu siyahı”

1-ci tur: “Ordabası” (Qazaxıstan)

2-ci tur: “Qarabağ” (Azərbaycan)

3-cü tur: “Slaviya” Praqa (Çexiya)

Pley-off: “Qalatasaray” (Türkiyə)

Qeyd edək ki, Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin oyunları 9/10 iyul və 16/17 iyul, 2-ci mərhələnin matçları isə 23/24 iyul və 30/31 iyulda keçiriləcək.


SON XƏBƏRLƏR

21 May 2024