• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Keçmiş nazirin partiyası qeydiyyata alınmadı

SİYASƏT

21 May 2024 | 15:42

Keçmiş nazirin partiyası qeydiyyata alınmadı

Ermənistanın Ədliyyə Nazirliyi keçmiş müdafiə naziri Arşak Karapetyanın yaratdığı Ümumerməni Cəbhəsi Partiyasını qeydiyyatdan keçirməkdən imtina edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

Qeyd olunub ki, “Partiyalar haqqında” qanuna əsasən, təsis qurultayında iştirak edənlərin əksəriyyəti (ən azı 300 səs) lehinə səs verərsə, belə bir strukturun yaradılması haqqında qərar etibarlı sayılır. Bu meyar ödənməyib.

Digər səbəb hüquqi şəxsin qeydiyyat ünvanı ilə bağlıdır. Hüquqi şəxsin ünvanı partiyanın baş katibi Hovhannes Şahinyanın evinin ünvanıdır. Həmçinin ərazi bölgüləri haqqında məlumat verilməyib.


SON XƏBƏRLƏR

26 Iyul 2024