• Bakı 8° C

    10.13 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

İsmail Serageldin: Dünya əhalisinin təxminən 10%-i hələ də acdır

SİYASƏT

20 Iyun 2024 | 13:05

İsmail Serageldin: Dünya əhalisinin təxminən 10%-i hələ də acdır

Dünya əhalisinin təxminən 10%-i hələ də acdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin “COP29-a aparan yol - Dayanıqlı və Davamlı Gələcək” adlı 29-cu Ali Səviyyəli Toplantıda “Ərzaq və Kənd Təsərrüfatı Sektorunun xüsusi halı” adlı panel müzakirəsi zamanı deyib.

    O bildirib ki, hamı iqlim dəyişikliyinin nəticələrinə məruz qalır.

    “Meşələrin qırılması, torpaq eroziyası, səhralaşma prosesi sürətləndirir".

    O deyib ki, sudan səmərəli istifadə və su resurslarının qorunması digər vacib məqamdır.

    "Bir çox inkişaf etməkdə olan ölkələrdə, ən yoxsul ölkələrdə, suyun təxminən 80%-i kənd təsərrüfatına gedir. İnsanlara sudan səmərəli istifadə öyrədilməli və bunun önəmi hər zaman xatırladılmalıdır”,- deyə o bildirib.

    İsmayıl Seragəldin deyib ki, ərzaq və kənd təsərrüfatı xüsusi diqqət tələb edir. "Əgər biz səmərəli şəkildə işləsək bu sahələr problemin (iqlim dəyişikliyi) bir hissəsi yox, onun həlli ola bilər", o əlavə edib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    14 Noyabr 2026